08 
Yan
2023
14:03
392

Wizz Air aviaşirkəti Kutaisi-Paris reysində bir sərnişinin ölümü və reysin ləğv edilməsi ilə bağlı rəsmi açıqlama yayıb

Wizz Air aviaşirkəti Kutaisi-Paris və Paris-Kutaisi reyslərinin ləğvi ilə bağlı rəsmi açıqlama yayıb:

InterPress.ge xəbər verir ki, məlumata görə, aviaşirkət təyyarədə olan sərnişinin ölümündən kədərləndiyini  və sərnişinin həyatını xilas etmək üçün hər cür cəhd etdiyini bildirib.

“Bugünkü hadisə ilə bağlı səmimi kədərimizi bildirmək istərdik. Sərnişinlərin həyatı, sağlamlığı və təhlükəsizliyi “Wizz Air” aviaşirkəti üçün hər şeydən önəmlidir. Peşəkar həkimlər işə başlayana qədər həmkarlarımız sərnişinin həyatını xilas etmək üçün hər cür cəhd göstərsələr də, təəssüf ki, bu cəhd uğursuz alınıb. Səyahət planları dəyişən sərnişinlərdən də üzr istəyirik. Kutaisi-Paris reysi zamanı baş verən faciəvi hadisə ilə əlaqədar bugünkü Kutaisi-Paris və Paris-Kutaisi reysləri təxirə salınıb. Biz onların nə qədər məyus olduqlarını başa düşürük və onlara müxtəlif səyahət variantları təklif etmək üçün əlimizdən gələni edirik - istər alternativ Wizz Air uçuşları, istərsə də pulun tam geri qaytarılması və ya aviaşirkətin hesabına 120% geri qaytarılmasını”-deyə bildirilib.

“Paris Beauvais Hava Limanında sərnişinlərə bir neçə alternativ təklif olunur, o cümlədən onları Paris Orli Hava Limanına köçürmək, Budapeştə uçmaq və sabah Budapeştdən Kutaisiyə yola düşmək təklif olunur. Başqa bir alternativ onları Varşava hava limanına aparmaq və bazar ertəsi uçuşa qoymaqdır. Artıq bir neçə sərnişin bileti qaytarıb puldan istifadə etmək qərarına gəlib, bəziləri isə gələn həftənin reysi üçün biletlərini artıq dəyişib. Zəruri hallarda, növbəti gün yenidən bron edilmiş reysdən istifadə edərkən, müştərilərə mehmanxanada yerləşmə və mehmanxanaya/mehmanxanadan yerüstü nəqliyyatla təmin olunur və ya onların xərcləri müvafiq büdcə çərçivəsində aviaşirkət tərəfindən ödənilir.”- deyə əlavə olunub.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər