Aksiya iştirakçıları Bidzina İvanişvilinin biznes mərkəzinə tərəf yürüş ediblər
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin həmrəylik mitinqinin iştirakçıları keçmiş baş nazir Bidzina İvanişvilinin biznes mərkəzinə yollanıblar.
InterPress.ge xəbər verir ki, mitinq iştirakçılarının fikrincə, “2023-cü il Bidzina İvanişvilisiz Gürcüstan olacaq”.
Onların hesab edir ki, aksiyalar birdəfəlik olmayacaq və Mixail Saakaşviliyə xaricdə müalicə almaq imkanı verilməsə, davam edəcək.
Biznes mərkəzinə toplaşanlar “Bidzina İvanişvili, get! get!" “İvanişvilisiz Gürcüstan! "Mişaya azadlıq!" şüarları səsləndiriblər.
Keçmiş baş nazirin sarayının yaxınlığında çoxlu sayda mühafizəçi səfərbər olunub və onların sıralarında xüsusi təyinatlıların nümayəndələri də var.
Xatırladırıq ki, “Vahid Milli Hərəkat”ın sədrliyinə namizəd Levan Xabeişvilinin təşkil etdiyi mitinqin iştirakçıları əvvəlcə hökumət administrasiyasına toplaşıblar.


