Giuli Alasaniya: "Oğlum bu gün bir az daha yaxşı görünürdü"
“Dünənlə müqayisədə oğlum bu gün daha yaxşı görünürdü”.
InterPress.ge xəbər verir ki, bu sözləri Saakaşvilinin anası Giuli Alasaniya onu Vivamed klinikasında ziyarət etdikdən sonra bildirib.
Onun sözlərinə görə, Mixeil Saakaşvilinin səhhətinin ağır olması səbəbindən məhkəmə prosesləri mümkün qədər tez aparılmalıdır.
Giuli Alasaniya qeyd edib ki, Saakaşvili məhkəmə proseslərində iştirak etmək istəyir.
“Əvvəllər də biz eyni fikirdə idik ki, məhkəmə prosesi mümkün qədər tez aparılsın, çünki vəziyyət gözləməyə imkan vermir”-deyə Alasaniya bildirib.
Xatırladaq ki, sabah ölkənin bir sıra şəhərlərində Gürcüstanın üçüncü prezidentinə dəstək aksiyaları keciriləcək və Mixeil Saakaşvilinin ailə üzvləri də bu aksiyada iştirak edəcək.


