30 
Dek
2022
13:17
4091

Yanvar ayından bu şəxslərin maaşları artırılacaq

"İşçilərin maaşlarının 10% artırılması davam edir, bunun üçün bələdiyyə əlavə vəsait ayıracaq".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında bildirib.

Onun sözlərinə görə, maaş artımı bələdiyyənin meriyasının və onun tabeliyində olan qurumların əməkdaşlarına aid olacaq.

“Gürcüstanın mərkəzi hökumətinin elan etdiyi siyasət çərçivəsində işçilərin maaşlarının 10 faiz artırılması davam edir. Bütün bunların məqsədi odur ki, dövlət sektorunda çalışan işçilərin sözügedən sektorda qalmağa, ölkəyə və onun hər bir vətəndaşına xidmət etməyə həvəsi və marağı daha çox olsun, həmçinin fəaliyyətlərinin səmərəliliyini artırsın və ən əsası məsuliyyəti daha çox artırsın. Unutmaq olmaz ki, bu qərarlar əsasən bir-iki yox, minlərlə vətəndaşa aiddir ”, - deyə Kaxa Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın