Mark Feyqin: "Tezliklə Gürcüstan hökuməti seçim qarşısında qalacaq - ya Saakaşvili, ya da Avropa İttifaqı"
Rus hüquq müdafiəçisi Mark Feyqin bildirib ki, Gürcüstan hökuməti tezliklə seçim qarşısında qalacaq - ya Mixeil Saakaşvili, ya da Avropa İttifaqı. Hüquq müdafiəçisi həmçinin Gürcüstan prezidenti Salome Zurabişvilini hərəkətə keçməyə və səlahiyyətlərindən istifadə etməyə çağırıb.
InterPress.ge xəbər verir ki, Mark Feyqin qonağı Ukrayna prezidentinin aparatının müşaviri Oleksey Arsetoviç olan verilişində Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili haqqında danışıb.
Həmin müraciətdə Feyqin müxtəlif ölkələrdə yaşayan gürcüləri həbsdə olan prezident Mixeil Saakaşviliyə dəstək verməyə, yanvarın 4-də öz ölkələrindəki Gürcüstan səfirliyinə və ya konsulluğuna gedərək qanun çərçivəsində bu gün Gürcüstanda baş verənlərə etiraz etməyə çağırıb.
"Biz müxtəlif ölkələrdə yaşayan gürcüləri, ukraynalıları, rusları, yəhudiləri və digər millətlərin nümayəndələrini yanvarın 4-də öz ölkələrindəki Gürcüstan səfirliyinə və ya konsulluğuna getməyə və Mixeil Saakaşviliyə dəstək aksiyasına qoşulmağa çağırırıq. Plakatlarla çıxıb qanun çərçivəsində etirazınızı bildirin.
Mixeil Saakaşvili məsələsi qlobal miqyasda müzakirə olunur. Hesab edirəm ki, çox yaxında Gürcüstan hökuməti seçim qarşısında qalacaq - ya Saakaşvili, ya da Avropa İttifaqı.
Mən bütün hörmətlə Gürcüstan prezidenti Salome Zurabişviliyə müraciət edirəm. Hamı sizin bütün bunlara son qoyacaq hərəkətlərinizi gözləyir. Səlahiyyətiniz sizə işlərin öhdəsindən gəlməyə imkan verir. Bu məsələni ayın 4-nə qədər xatırladacağam. Bu, həm də sizin borcunuzdur, çünki bu məsələ artıq insan hüquqlarına aiddir və istənilən daxili münaqişədən kənara çıxır”, - Feyqin bildirib.


