11 
Fev
2020
12:31
830

Gürcüstan-NATO əməkdaşlığının gücləndirilməsi yolları axtarılır

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Brüsseldə keçiriləcək NATO Müdafiə Nazirlərinin Şurasının görüşündə iştirak edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

NATO-ya üzv və tərəfdaş ölkələrin müdafiə nazirlərinin qatılacağı toplantı fevralın 12-13-də Alyansın Baş Qərargahında keçiriləcək.

İ.Qaribaşvili NATO-nun baş katibi Yens Stoltenberq və onun müavini Mirça Coanla görüşlər keçirəcək. Müzakirələrin əsas mövzusu NATO-Gürcüstan əməkdaşlığının gücləndirilməsi yolları, NATO-Gürcüstan əhəmiyyətli paketi (SNGP) çərçivəsində əldə olunan nailiyyətlər, Qara dəniz regionunda təhlükəsizliyin artırılmasında Gürcüstanın rolu, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və beynəlxalq missiyalara töhvəsi olacaq.

Müdafiə naziri həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək. O, həmkarları ilə ölkələr arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edəcək.(report)

Bizimlə əlaqə saxlayın