28 
Dek
2022
12:25
344

Qiuli Alasaniya: "2008-ci il müharibəsi davam edir, bu müharibə bir gün də dayanmayıb”

"Biz əslində hələ də müharibədəyik. 2008-ci ilin müharibəsi davam edir, bu müharibə bir gün də dayanmayıb".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidentinin anası Qiuli Alasaniya oğlunu “Vivamed” klinikasında ziyarət etməzdən əvvəl deyib.

Onun sözlərinə görə, sabah keçiriləcək məhkəmə prosesində toksikoloq Devid Smitin dindirilməsi vacibdir.

“Mən ona nə dərəcədə prosesdə iştirak etmək və çıxış etmək imkanı verəcəklərini bilmirəm. Həmişə təkrar edirəm ki, proses sürətlə getməlidir, ancaq proses gecikdirilir.

Toksikoloq Devid Smitin dindirilməsi vacibdir. Həmçinin, psixiatr Erik Devid Qoldsmitin də dindirilməsi çox vacibdir. Biz əslində müharibədəyik, 2008-ci il müharibəsi davam edir, bu müharibə bir gün də dayanmayıb”, - Alasaniya bildirib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər