Rati İonatamişvili: "Mixeil Saakaşvili haqqında şərh bildirmək mənim üçün çox çətindir"
"Mixeil Saakaşvili haqqında şərh bildirmək mənim üçün çox çətindir"
InrerPress.ge xəbər verir ki, bu sözləri deputat Rati Yonatamişvili rusiyalı hüquq müdafiəçisi Mark Feyqinin təşəbbüsünə belə cavab verib.
Yonatamişvilinin sözlərinə görə, “bu şəxs beynəlxalq səviyyədə nə iləsə seçilirsə, deməli, o, ən ağır cinayətlər törətmiş irimiqyaslı cinayətkardır və ölkəmizdə cinayətkar, zorakı sistemin yaradıcısıdır”.
“Bəli, belə insanlar aktiv olmalı və belə bəyanatlar verməlidirlər ki, onların zəifliyi və əsl siması daha da real görünsün”, - Rati İonatamişvili əlavə edib.
Qeyd edək ki, Rusiyalı hüquq müdafiəçisi Mark Feyqin müxtəlif ölkələrin xalqlarını Gürcüstan səfirliklərində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə dəstək aksiyası keçirməyə çağırıb.
"2023-cü il yanvarın 4-də Mixeil Saakaşviliyə dəstək üçün qlobal aksiya! "#SaveMisha" keçiriləcək. Biz hər kəsi yerli vaxtla saat 12:00-dan etibarən öz ölkələrinin paytaxtındakı Gürcüstan səfirliklərinə getməyə çağırırıq", - Feyqin Twitter hesabında yazıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Mixeil Saakaşvili Mark Feyqinə məktub göndərərək, Putinin əmri ilə zəhərləndiyini açıqlamışdı. Feyqin Mixeil Saakaşvilinin göndərdiyi məktuba cavab verib və bildirib ki, ona kömək etmək planları var, lakin Gürcüstan hökumətinin reaksiyasını gözləyirlər.


