27 
Dek
2022
11:08
378

Avropa Parlamentinin deputatı: "Saakaşvili həbsdə ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ üzvlüyünü dəstəkləməyəcək"

Avropa Parlamentinin deputatı Yaçek Sariuş Volski Tbilisi meri Kaxa Kaladzenin Saakaşvilinin işi ilə Gürcüstanın Aİ-yə daxil olmaq perspektivləri arasında paralellərin qəti şəkildə qəbuledilməz olduğunu bildirən bəyanatına cavab verib.

InterPress.ge xəbər verir ki, o, bunların bir-birindən ayrılmaz olduğunu bildirib.

"Saakaşvilinin işi ilə Gürcüstanın Aİ-yə daxil olma perspektivi arasında paralellər prinsipcə imperativdir! Hər ikisi bir-birindən ayrılmazdır. Keçmiş prezident həbs olunarsa və həbsxanada ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ-yə üzvlüyünü dəstəkləməyəcək", - Volski yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər