
Tengiz Tsertsvadze ikinci dalğadan danışdı: "Bir sıra qaydalar artıq hazırlanıb"
"Zəmanət vermək çətindir, amma ikinci bir dalğa varsa, səhiyyə xidməti ilk dalğada necə oldu, eyni şəkildə ikinci dalğayada qarşı çıxacaq və əhali bu ikinci dalğanı hiss etməyə bilər".
IneterPress.ge xəbər verir ki, bu sözləri QİÇS Mərkəzinin rəhbəri Tengiz Tsertsvadze deyib.
Onun sözlərinə görə, ölkə ikinci dalğanı daha yaxşı, mövcud təcrübə ilə qarşılayacaq.
“Əlbəttə, ikinci dalğa təhlükəsi var, ölkələr arasında genişmiqyaslı rabitə olmasa da, sərhədlər dəmir pərdə ilə bağlanmasa da, rəsmi səfərlər, nəqliyyat və digər rabitə növləri mövcuddur. Bu riskləri minimuma endirmək üçün yeni bir şey icad etməyə ehtiyac yoxdur, Səhiyyə Nazirliyi, hökumət və Baş nazir Giorgi Qaxaria əvvəlcədən bütün lazımi addımları qəbu edir. İkinci dalğanın qarşısını almalı olan bir sıra qaydalar artıq hazırlanıb ", - Tsertsvadze bildirib.
Tengiz Tsertsvadzenin sözlərinə görə, qaydaların icrası zamanı gürcü ənənələrini aşmaq ən çətin idi. Onun sözlərinə görə, yenidən izdihamlı doğum günləri və toylar keçirilir.