Mixeil Saakaşvili rus hüquq müdafiəçisinə məktub göndərib
Mixeil Saakaşvili rusiyalı hüquq müdafiəçi Mark Feyqinə məktub göndərərək, Putinin göstərişi ilə zəhərləndiyini bildirib.
InterPress.ge xəbər verir ki, hüquq müdafiəçisi bu barədə məlumatı məktubun şəkli ilə birlikdə şəxsi Twitter səhifəsində yayıb.
“Əziz Mark, qarşıdan gələn bayramınız mübarək. Mən sizin çoxdankı fanatınızam və hələ də müntəzəm olaraq sizi izləyirəm. Putin həqiqətən məni həbsxanada öldürmək əmrini verdi. Amerikalı toksikoloqlar həbsxanada zəhərləndiyimi və bütün simptomlarıma bunun səbəb olduğunu dəqiq müəyyən etdilər. Dözməyə çalışıram. Sizə nəcib fəaliyyətinizdə uğurlar”, - məktubda deyilir.
Feyqinin özü də məktuba cavab verib.
“Mixeil Saakaşvili mənə həbsxana xəstəxanasından məktub göndərib. Heç nə etməsək, Nikoloz oğlu Mixeil öləcək”, - deyə o yazıb.


