Azərbaycan və Gürcüstanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib
Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Caunşer Burçuladze arasında görüş başlayıb.
InterPress.ge xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması müzakirə olunur.
İkitərəfli görüşdə ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyi qeyd edilib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyi bildirilib.
Tərəflər Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıblar.
Görüşdə hərbi əməkdaşlığın müxtəlif sahələri üzrə ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


