Abdulla İsmayılov səhhətinə görə aclıq aksiyasını dayandırdı
VMH üzvləri Temur Canaşiya, Ani Tsitlidze və Davit Kirkitadze aclıq aksiyasını davam etdirirlər.
InterPress.ge xəbər verir ki, dördüncü gündür ki, deputatlar etirazın ən çətin formasına əl atıblar.
Onların sözlərinə görə, Saakaşvili müalicə üçün xaricə aparılana qədər bu etiraz formasını dayandırmayacaqlar.
"Biz Gürcüstanın üçüncü prezidentinin ölkəmizdə ölümünə imkan verməməliyik və ikinci dəfə bu əməldə şərik olmamalıyıq. Bunun üçün hər şeyi etməyə hazırıq", - Giorgi Kirkitadze bildirib.
Temur Canaşiyanın sözlərinə görə, İsmayılovun son iki gündə hərarəti yüksək olub.
“Onu evə buraxdıq, çünki onu burada saxlamaq düzgün olmazdı”, - deyə deputat bildirib.
Canaşianın sözlərinə görə, aclıq elan edən bütün digər deputatların sağlamlıq vəziyyəti stabildir


