18 
Dek
2022
15:49
294

Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrinə müxtəlif növ texnikalar təhvil verib

Türkiyə hökuməti aviasiya və hava hücumundan müdafiə imkanlarının təkmilləşdirilməsi məqsədilə Gürcüstanın Müdafiə Qüvvələrinə müxtəlif növ texnikalar verib.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, tədbirdə Gürcüstan müdafiə nazirinin müavini Qriqol Qiorqadze, Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı İrakli Çiçinadze və Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay iştirak ediblər.

“Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığı Türkiyə tərəfdən iki ədəd aerodrom xüsusi texnikası və UH-1H helikopterləri üçün ehtiyat hissələrini pulsuz alıb. Daha sonra Aviasiya və Hava Hücumundan Müdafiə Komandanı, polkovnik Serqo Ninua və Türkiyə Respublikasının Müdafiə Attaşesi, polkovnik Burak Altıner tərəfindən imzalanan texnikanın təhvil-təslim protokolu imzalanıb. Avadanlıqların ötürülməsi Türkiyə Respublikası ilə imzalanmış hərbi maliyyə əməkdaşlığı sazişi çərçivəsində həyata keçirilib. Gürcüstan və Türkiyə uzun illərdir ki, müdafiə sahəsində sıx əməkdaşlıq edir" - Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər