17 
Dek
2022
22:38
309

Salome Zurabişvili: "İndi Qara dəniz Avropa dənizinə çevrilir və o, hər iki tərəfi birləşdirən körpüdür"

Enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında dördtərəfli saziş o deməkdir ki, indi Qara dəniz Avropa dənizinə çevrilir və o, hər iki tərəfi birləşdirən körpüdür.

InterPress.ge xəbər verir ki, bu barədə Salome Zurabişvili “Twitter”də yazır.

“Mən “Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə Strateji Saziş”in imzalanmasını alqışlayıram. Bu, Qafqazı Avropa İttifaqı ilə birləşdirəcək tarixi addımdır. Bu o deməkdir ki, indi Qara dəniz Avropa dənizinə çevrilir və o, hər iki tərəfi birləşdirən körpüdür”, - Salome Zurabişvili yazır.

Məlumat üçün bildirək ki, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan Qara dəniz vasitəsilə elektrik enerjisinin ötürülməsi üçün sualtı kabel layihəsini imzalayıb. İmzalanma mərasimi Rumıniyada baş tutub.

“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında strateji tərəfdaşlıq haqqında” Sazişi Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuka və Macarıstanın Baş naziri Viktor Orban imzaladılar. 
İmzalanma mərasimində Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Rumıniya Prezidenti Klaus Verner İohannis də iştirak ediblər.

Sənəd Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin və birləşmənin konsolidasiyası, təchizat mənbələrinin şaxələndirilməsi, Xəzər regionunda bərpa olunan enerji istehsalı potensialının kapitallaşdırılması və payın artırılması ilə bağlı dörd ölkənin maraqlarına əsaslanır.

Dördtərəfli hökumətlərarası saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabel layihəsinin həyata keçirilməsini nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər