Rati Breqadze: "Mixail Saakaşvilinin videogörüntüləri qanuna uyğun olaraq yayılıb"
Mixail Saakaşvilinin videogörüntüləri qanuna uyğun olaraq yayılıb.
InterPress.ge xəbər verir ki, bu barədə
Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.
Onun sözlərinə görə, kadrlar ictimailəşdirilərkən proporsionallıq prinsipinə əməl olunub.
“Kadrlar açıqlanarkən və fərdi məlumatların işlənilməsi zamanı biz bir tərəfdən “Fərdi məlumatların mühafizəsi haqqında” Qanunun beşinci maddəsinin “g” yarımbəndini rəhbər tutmuşuq ki, ona görə də, əhəmiyyətli ictimai maraq olduğu halda, ictimaiyyəti çaşdırmaq ictimai təhlükəsizliyi təhdid edir. Bunun qarşısını almaq üçün görüntülər ictimaiyyətə təqdim edilib. Biz proporsionallıq prinsipinə əməl etdik. Eyni hüquqi əsas, digərləri ilə yanaşı, Avropa Konvensiyasının 8-ci maddəsində də nəzərdə tutulmuşdur. Əgər kiminsə hüquqi əsası xoşuna gəlmirsə, bunun üçün Gürcüstan qanunvericiliyində yazılıb uyğun yollar var və müraciət edə bilərlər, amma dövləti alt-üst etməyə cəhd edilən təqdirdə biz o hüququ heç kimə verə bilmərik. ", - Rati Breqadze bildirib.
Qeyd edək ki, Xüsusi Penitensiar Xidmət dekabrın 14-də Mixail Saakaşvilinin videogörüntülərini yayıb.


