15 
Dek
2022
14:27
313

Baş nazir: "Əli Əsədovla görüşdə regional sabitlik, iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik"

"Əli Əsədovla görüşdə regional sabitlik, iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində yazıb.

Hökumət başçısının sözlərinə görə, görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivləri də müzakirə olunub.

“Gürcüstan və Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası formatında Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə  səmərəli görüş keçirildi.

Biz regional sabitlik, iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi məsələlərini, eləcə də ölkələrimiz arasında mövcud strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivlərini müzakirə etdik”, - Baş nazir İrakli Ğaribaşvili qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər