İtirilmiş Gürcüstan vətəndaşlığının bərpası üçün müraciət müddəti 2 il uzadılacaq
Başqa ölkənin vətəndaşlığını alması səbəbindən itirilmiş Gürcüstan vətəndaşlığının bərpası üçün müraciət müddəti 2 il uzadılacaq.
InterPress.ge xəbər verir ki, müraciət müddəti 31 dekabr 2024-cü il tarixinədək uzadılacaq.
Məlumata görə, parlament plenar iclasda Gürcüstan vətəndaşlığı haqqında qanuna dəyişikliyi birinci oxunuşda 85 səslə dəstəkləyib.
Mixeil Sarjveladzenin sözlərinə görə, başqa ölkənin vətəndaşlığını aldığı üçün Gürcüstan vətəndaşlığını itirmiş keçmiş Gürcüstan vətəndaşı bu ölkənin vətəndaşlığının bərpası üçün quruma müraciət etmək hüququ qazanacaq.
“2018-ci il avqustun 15-dək başqa ölkənin vətəndaşlığını alması ilə əlaqədar Gürcüstan vətəndaşlığını itirməsi barədə qərar qəbul edilməmiş Gürcüstan vətəndaşı Gürcüstan vətəndaşlığının saxlanması üzrə quruma müraciət etmək hüququna malik olacaq” - Sarjveladze bildirib.


