14 
Dek
2022
20:37
429

AP-nin qəbul etdiyi qətnamədə Gürcüstan prezidenti ilə bağlı nota da qeyd olunub

Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Gürcüstan prezidenti Salome Zurabişvili ilə bağlı nota da qeyd olunub.

InterPress.ge xəbər verir ki, xüsusilə, düzəlişlərdən birində Avropa Parlamenti Salome Zurabişvilini Mixail Saakaşvili ilə bağlı mövcud problemi həll etmək üçün “konstitusiya preroqativlərindən” istifadə etməyə çağırır.

Sözügedən düzəliş Anna Fotiqa tərəfindən irəli sürülüb və 525 deputat onu dəstəkləyib, 54-ü əleyhinə çıxıb, 31-i isə bitərəf qalıb.

“Avropa Parlamenti bir daha bildirir ki, Gürcüstan hökuməti keçmiş prezidentin sağlamlığı və rifahı üçün tam məsuliyyət daşıyır; [Avropa Parlamenti] Gürcüstan prezidentini bu problemi həll etmək üçün öz konstitusiya preroqativlərindən istifadə etməyə çağırır”, - düzəlişdə deyilir.

Həmin düzəlişdə Avropa Parlamenti Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borreli keçmiş prezidentin azad edilməsinin təmin edilməsində fəal iştirak etməyə çağırır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər