14 
Dek
2022
15:36
369

Mixeil Saakaşvili aclıq aksiyası elan etdi

Mixeil Saakaşvili bildirib ki, o, hazırkı səhhəti ilə bağlı bütün risklərdən xəbərdardır və prosesdə onlayn iştirak edəcəyinə dair qəti zəmanət alana qədər ac qalacaq.

InterPress.ge xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze mediaya sabiq prezidentin məktubunu oxuyub.

"Bu gün mən öz məhkəməmdə iştirak etmək kimi ən elementar hüquqdan məhrum edildim, bu, bütün gürcü və beynəlxalq normaların pozulmasıdır. Buna görə də etirazın ağır formasına, aclıq aksiyasına əl atmağa məcburam, əlbəttə ki, səhhətimin hazırkı vəziyyətini nəzərə alaraq bütün riskləri bilirəm, lakin prosesdə onlayn iştirak edəcəyimə dair qəti zəmanət alana qədər ac qalacağam. Bütün istehza və alçaltmanın həddi var”, - Şalva Xaçapuridzenin oxuduğu məktubda qeyd olunub.

Məlumat üçün bildirək ki, Mixeil Saakaşvili bugünkü məhkəmə prosesində uzaqdan iştirak etməyib. Penitensiar Xidmətin nümayəndəsi Nika Abramişvili deyib ki, qurum indiki mərhələdə “Viva Med” klinikasında müvafiq texniki avadanlıqlara malik deyil.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər