13 
Dek
2022
13:30
480

Kobaxidze: "400 gündür ki, bir nəfərin ölümündən danışırsınız"

"400 gün adamın ölümündən danışa bilməzsiniz. 400 gün liderinizin ölümündən danışa bilməzsiniz. 400 gündür bir nəfərin ölümündən danışırsınız. Bu, sizin bu adama münasibətinizi göstərir".

InterPress.ge xəbər verir ki, İrakli Kobaxidze jurnalistlərin Mixeil Saakaşvilinin vəziyyəti ilə bağlı sualını belə cavablandırıb.

“Gürcü Arzusu”nun sədri qeyd edib ki, dövlət istənilən məhbusun hüquqlarına cavabdehdir.

“Gürcüstan hakimiyyəti, müvafiq qurumlar 9200 məhbusun məsuliyyətini öz üzərinə götürüb. Həbsxanalardakı ümumi vəziyyətə gəlincə, xatırladaq ki, həbsxanalarda ölüm halları on dəfə azalıb. Bu, məhz məhbuslarla düzgün rəftardan irəli gəlir. Məsuliyyəti üzərimizə götürdüyümüz yeganə şey, nə qədər ağır cinayət törətməsindən asılı olmayaraq, istənilən məhbusun insan hüquqlarının qorunmasıdır”, - Kobaxidze bildirib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər