Wizz Air Kutaisi hava limanından beş yeni istiqamətə uçacaq
2023-cü ilin iyun ayından etibarən WIZZ AIR Kutaisi Beynəlxalq Hava Limanından Avropanın 5 şəhərinə: Brüssel, Madrid, Frankfurt, Hamburq və Poznana birbaşa müntəzəm uçuşlara başlayacaq.
InterPress.ge xəbər verir ki, Kutaisi Beynəlxalq Hava Limanının operatoru Gürcüstan Hava Limanları Assosiasiyası strateji tərəfdaşı ilə danışıqları yekunlaşdırıb.
Gürcüstan Hava Limanları Assosiasiyasının direktoru Tamar Arçuadzenin sözlərinə görə, Kutaisi Beynəlxalq Hava Limanından bütün 5 istiqamət üzrə birbaşa müntəzəm reyslər həftədə iki dəfə yerinə yetiriləcək və Paris, Milan, Praqa və Memmingen tezliklərinə bir tezlik əlavə olunacaq.
Məlumat üçün bildirək ki, WIZZ AIR bir neçə ildir ki, Gürcüstanın aviasiya bazarının lideridir. 2022-ci ilin 11 ayının məlumatlarına görə, aviaşirkət 550 min sərnişinə xidmət göstərib. 2023-cü ilin iyun ayına kimi WIZZ AIR Kutaisidən Avropa və Yaxın Şərqin 27 istiqamətinə uçuşlar həyata keçirəcək.


