Yuxarı Saral ictimai məktəbinin şagirdləri Tbilisidə M.F. Axundzadənin ev muzeyini ziyarət ediblər
Yuxarı Saral ictimai məktəbinin şagirdləri Tbilisidə dahi dramaturq Mirzə Fətəli Axundzadənin ev muzeyində olublar.
InterPress.ge xəbər verir ki, səfər Yuxarı Saral ictimai məktəbinin ədəbiyyat müəlliməsi Tərgül Yusubovanin təşəbbüsü ilə baş tutub.
"Şagirdləri Tbilisiyə dahi dramaturqumuz Mirzə Fətəli Axundzadənin ev muzeyi ilə tanış olmaq üçün gəzintiyə apardıq. Muzeydə bizi Leyla xanım gülərüzlə qarşıladı və muzeylə yaxından tanış etdi. Təşəkkürlər Leyla Əliyeva.
Bu möhtəşəm ekskursiyanin təşkilində bizə maddi və mənəvi dəstəyə görə başda Azərbaycanın Gürcüstandakı fövqəladə səfiri cənab Faiq Quliyevə və bütün səfirliyin işçilərinə öz dərin təşəkkürümüzü bildiririk",- Tərgül Yusubova qeyd edir.
Məktəb şagirdləri və onların müəllimləri daha sonra Tbilisidə Ulu öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.


