Nika Melia: "Mixeil Saakaşvilinin məhkəmə prosesinin uzadılması qəbuledilməzdir"
" Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin məhkəmə prosesinin uzadılması qəbuledilməzdir"
InterPress.ge xəbər verir ki, bu sözləri Nika Melia bildirib.
O, prosesin təxirə salınmasından danışarkən jurnalistlərə bildirib ki, məsələyə bir ay məhkəmə zalında baxmaq dəbdəbəlilik deyil.
“Bu prosesin uzadılması yolverilməzdir. Bu, hər kəs üçün qəbuledilməzdir və mən hesab edirəm ki, xüsusilə də ailəs və Mixeil Saakaşvilinin özü üçün. Onun səhhətinin pisləşməsindən danışanda bizim praktiki olaraq bir ay bu məhkəmə zallarında bu məsələni müzakirə etmək imkanımız yoxdur və bundan sonra Mixeil Saakaşvilinin vəziyyətinin pis olub-olmaması barədə qərar veriləcək. Burada ailənin möhkəm mövqeyi, müdafiə tərəfinin güclü mövqeyi önəmlidir. Biz hakimiyyətə prosesi mümkün qədər uzatmağa kömək etməməliyik. Başa düşürəm ki, müxtəlif proseslər gedir, lakin bu gün prioritet Mixail Saakaşvilinin sağlamlıq vəziyyətidir” - deyə Nika Melia bildirib.
Qeyd edək ki, Mixeil Saakaşvilinin məhkəməsi bu gün keçirilməyib və dekabrın 14-dək təxirə salınıb.


