05 
Dek
2022
10:57
240

Gürcüstan prezidentinin Polşaya işgüzar səfəri başlayıb

Gürcüstan prezidenti Salome Zurabişvilinin Polşaya işgüzar səfəri başlayıb. 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Səfər çərçivəsində Salome Zurabişvili Polşa Respublikasının Prezidenti Anjey Duda ilə görüşəcək. Varşava şəhərində Polşa Respublikası Prezidentinin sarayında prezidentlərin təkbətək görüşündən sonra mətbuata açıqlamalar veriləcək.

Gürcüstanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Beridzenin sözlərinə görə, prezidentlərin görüşündə ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunacaq.

“Polşa bizim tərəfdaş ölkə kimi bu gün bizim üçün çox aktual olan Avropa və Avro-Atlantik inteqrasiya prosesində Gürcüstanı ənənəvi və tarixən dəstəkləyib. Ümid edirəm ki, bu görüşdə bir daha təsdiqlənəcək”, - Zurab Beridze bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər