İrakli Kobaxidze: "Milli Hərəkat" üzvləri hökuməti devirmək əvəzinə, öz sədrini devirdilər
“Milli Hərəkat” üzvləri ölkədə qütbləşmə, radikallıq istəyirdilər və sonda partiyada qarşıdurmaya, radikallığa nail oldular".
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bəyan edib.
İrakli Kobaxidzenin qeyd etdiyinə görə, “Milli Hərəkatda” qarşıdurma hakimiyyət və pula görədir.
“Bu, daxili qarşıdurmadır, nəticədə partiyanı zəiflədəcək və bu, yaxşı prosesdir. Gürcüstanda növbədənkənar seçkilər keçirmək əvəzinə, öz partiyalarında növbədənkənar seçkilər keçirirlər. Hökuməti devirmək əvəzinə, öz sədrlərini devirdilər. Ölkədə qütbləşmə, radikallıq istəyirdilər və sonda partiyada qarşıdurmaya, radikallığa nail oldular. Bu yaşıdır ki, siyasi sistem sağlamlaşsın”, – Kobaxidze bəyan edib.


