Kobaxidze Saakaşvili ilə bağlı: "Məhkumların hüquqlarının qorunmasına aidiyyatı qurumlar cavabdehdir və bütün bunlar ən yüksək səviyyədə həyata keçirilir"
"Fərziyyələr barədə şərh bildirməyəcəyəm. Məhkumların hüquqlarının qorunmasına aidiyyatı qurumlar cavabdehdir və bütün bunlar ən yüksək səviyyədə həyata keçirilir".
InterPress.ge xəbər verir ki, bu sözləri İrakli Kobaxidze jurnalistlərin eks prezidentin sağlamlıq vəziyyəti ilə bağlı sualına cavabında deyib.
Kobaxidzenin sözlərinə görə, eks prezidentin sağlamlığının qayğısına qalmaq cəzaçəkmə müəssisəsinin və tibb müəssisəsinin öhdəsinə düşür, bu səbəbdən bununla bağlı siyasi şərh vermək yolverilməzdir.
“Mən Saakaşvilinin sağlamlıq durumu ilə bağlı fərziyyələrə münasibət bildirməyəcəyəm, sağlamlığının qayğısına qalmaq cəzaçəkmə müəssisəsinin və tibb müəssisəsinin öhdəliyindədir. Aidiyyəti qurumlar və tibb müəssisələri tərəfindən müvafiq tədbirlər və müvafiq qərarlar qəbul ediləcək. Məhkumların hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qurumlar məsuliyyət daşıyır və bütün bunlar ən yüksək səviyyədə həyata keçirilir. Gürcüstanda məhbusların hüquqları qorunur”- deyə Kobaxidze bildirib.


