Rumıniya Prezidenti: "NATO-nun Ukrayna, Moldova, Gürcüstan, Bosniya və Herseqovinaya dəstəyini gücləndirmək vacibdir"
"Alyansın həm Ukraynaya, həm də Moldova, Gürcüstan və Bosniya və Herseqovina kimi NATO-nun regiondakı ən həssas tərəfdaşlarına dəstəyini gücləndirmək vacibdir".
InterPress.ge xəbər verir ki, Rumıniya Prezidenti Klaus İohannis bu barədə Buxarestdə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib.
“Görüşdə biz Rumıniyanın Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə güclü və konkret dəstəyini vurğuladıq. Biz həmçinin Alyansın həm Ukraynaya, həm də Moldova, Gürcüstan və Bosniya və Herseqovina kimi NATO-nun regiondakı ən həssas tərəfdaşlarına dəstəyini gücləndirməyin vacibliyini vurğuladıq. Əlavə çətinlik Qara dəniz regionunda əsas aspektləri, o cümlədən enerji təhlükəsizliyi və dəniz nəqliyyatının azadlığını ehtiva edən strateji sabitliyin möhkəmləndirilməsidir”, - deyə Klaus İohannis bildirib.
Klaus Yohannis və Yens Stoltenberq arasında görüş NATO Xarici İşlər Nazirləri toplantısının başlamasına bir gün qalmış baş tutub. Nazirlərin görüşü çərçivəsində Gürcüstanın xarici işlər naziri ilə görüş də planlaşdırılır.


