Xazaradze Ğaribaşvilini yalan danışmaqda ittiham edir
Lelo lideri Mamuka Xazaradze Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin iqtisadiyyatın artım templəri və iş yerlərinin açılması ilə bağlı verdiyi açıqlamalara "yalanların ayaqları qısadır" deyə cavab verir.
InterPress.ge xəbər verir ki, Xazaradzenin sözlərinə görə, 6 ayda 100 min insan ölkəni tərk edib və maraqlıdır, onlar niyə yeni açılan müəssisələrdə işlə təmin olunmurlar və ölkədən niyə qaçırlar?
Gürcü atalar sözü - yalanın qısa ayaqları var.
Birinci yalan: 2021-ci ildə adambaşına düşən ÜDM 5,015 dollar idi. Baş nazir bu gün açıqladı ki, 7500 dollar olacaq, bu o deməkdir ki, bizdə iqtisadiyyatda 40% artım olub və ya olacaq, bu, ağlasığmazdır və doğru deyil.
İkinci yalan: 100 min yeni iş yerinin yaradılması haqda baş nazir açıqlama verdi. Bunun üçün iqtisadiyyata ən azı 2 milyard dollarlıq real investisiya lazımdır... ya da orta hesabla ən azı 50 nəfərin işlə təmin olunacağı 2 min müəssisə açılmalıdır. ... Bu inanılmaz hekayədir, hətta gülməlidir!
Onu da nəzərə alaq ki, 6 ayda real işçi qüvvəsi olan 100 min nəfər ölkəni tərk edib. Maraqlıdır, bu insanlar niyə yeni açılan müəssisələrdə işlə təmin olunmur və ölkədən niyə qaçırlar?
Mən gürcü iqtisadçılarının bu məsələlərlə bağlı qiymətləndirməsi ilə maraqlanıram!", - Xazaradze sosial şəbəkədə yazır.


