27 
Nybr
2022
16:56
581

İstanbul-Tbilisi reysi ilə uçan təyyarə pis hava şəraiti səbəbindən Tbilisi hava limanına enə bilməyib

İstanbul-Tbilisi reysi ilə uçan Pegasus Hava Yollarına məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən Tbilisi Beynəlxalq Hava Limanına enə bilməyib.

InterPress.ge xəbər verir ki, məlumata əsasən, bununla əlaqədar olaraq təyyarə alternativ hava limanına qayıdıb.

“Pis hava şəraiti ilə əlaqədar İstanbul-Tbilisi reysi ilə uçan Pegasus təyyarəsi Tbilisi Beynəlxalq Hava Limanına enə bilməyib və alternativ hava limanı olan Ərzurum Hava Limanına - Türkiyəyə qayıdır. Digər reyslərdə hələ ki, belə hal yoxdur”- aeroportlar assosiasiyasından bildiriblər.

Bizimlə əlaqə saxlayın