24 
Nybr
2022
14:05
552

Salome Zurabişvili Mixeil Saakaşvili ilə bağlı: "Məhkəmə layiqli qərar verməlidir"

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili bildirib ki, üçüncü prezidentin səhhəti ölkənin reputasiyası və ləyaqəti üçün çox vacib məsələdir.

InterPress.ge xəbər verir ki, Zurabişvili Mixeil Saakaşvilinin durumundan danışıb.

Onun sözlərinə görə, Mixeil Saakaşvilinin səhhəti ilə bağlı müvafiq ekspertiza rəyi olarsa, məhkəmə layiqli qərar verməlidir.

“Keçmiş prezidentin səhhətinə gəlincə, mən dəfələrlə demişəm ki, bu, hər gün diqqət yetirdiyim çox vacib məsələdir, çünki hesab edirəm ki, bu, ölkənin reputasiyası və ləyaqətimiz üçün çox vacib məsələdir. Beləliklə, mənim administrasiyamdan onlar müntəzəm olaraq Konsiliumla, bəzən “Empatiya” Mərkəzi, bəzən də başqa Konsiliumla görüşürlər. Hətta bu gün də görüş təyin olunub. Mən hesab edirəm ki, bu, doğru yoldur və mən bunu bir neçə dəfə həm xaricdə, həm də qapalı iclaslarda demişəm. Mixeil Saakaşvilinin səhhəti ilə bağlı müvafiq ekspertiza rəyi olarsa, məhkəmə layiqli qərar verməlidir. Bu iki istiqamətdə problemləri aradan qalıdracaq. Birincisi, onun sağlamlığı, ikincisi isə məhkəmə müstəqil olduğuna dair zəmanət verəcək ki, bu da son dərəcədə əhəmiyyətlidir”, - Salome Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın