24 
Nybr
2022
13:51
210

Tbilisi və regionlarda odlu silah və sursat götürüldü - 6 nəfər saxlanıldı

Polis odlu silah və döyüş sursatları götürüb, 6 nəfər tutulub, bir nəfər isə ifşa edilib.

InterPress.ge xəbər verir ki, bununla bağlı DİN bəyanat yayıb.

Tbilisi polisi 1972-ci il təvəllüdlü Q.M.-ni qanunsuz olaraq partlayıcı qurğu almaq-saxlamaq-daşımaq ittihamı ilə saxlayıb. Təqsirləndirilən şəxsin üzərindən şəxsi yoxlama zamanı “EF-1” tipli əl qumbarası götürülüb.

Şida Kartli polisi 1963-cü il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş B.N.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaqda ittiham edərək saxlayıb. B.N.-nin yaşadığı ünvana baxış nəticəsində maddi sübut kimi odlu silah, 128 ədəd patron və 4 ədəd ağızlıq götürülüb.

Qori rayon şöbəsinin əməkdaşları, 1941-ci il təvəllüdlü O.O.-nu qanunsuz olaraq odlu silah və döyüş sursatının alınması və saxlanması faktı üzrə ifşa edib. Onun evinə baxış nəticəsində 680 ədəd patron, 3 ədəd əl qumbarası və 5 ədəd müxtəlif modeldə atəş tapançası maddi sübut kimi götürülüb.

Dmanisi polisi, 1967-ci il təvəllüdlü A.M.-ni qanunsuz odlu silah əldə etmək və saxlamaqda ittiham edərək saxlayıb. Polis təqsirləndirilən şəxsin evinə baxış nəticəsində sübut kimi odlu silah götürüb.

Saqareco polisi, 1996-cı il təvəllüdlü E.A.-ni  qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlama ittihamı ilə tutub. Polis müttəhimin avtomobilinə baxış keçirərkən maddi sübut kimi 1 ədəd tapança və 28 ədəd patron götürüb.

Ozurqeti polisi, 1952-ci il təvəllüdlü Q.C.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaqda ittiham edərək saxlayıb. Təqsirləndirilən şəxsin evinə baxış nəticəsində maddi sübut kimi götürülüb: 2 ədəd müxtəlif sistemli tapança, tüfənglər, partlayıcı maddələr, 2 ədəd əl qumbarası, 12 ədəd ağızlıq və müxtəlif növ odlu silahlar üçün 293 ədəd patron.

Oni polisi 1991-ci il təvəllüdlü D.C.- ni qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək və saxlamaqda ittiham edərək saxlayıb. Saxlanılan şəxsin evinə baxış nəticəsində “Naqan” tipli odlu silah, 16 ədəd patron, mişarlanmış ov tüfəngi və kiçik çaplı tüfəng maddi sübut kimi götürülüb. 

Cinayətlərə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın