Mixeil Saakaşvili bəyanat yaydı
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin sözlərinə görə, o, zəhərlənmədən şübhələndiyini heç bir vəkilə deməyib.
InterPress.ge xəbər verir ki, o, bu barədə “Facebook”da yazıb.
“Bildirmək istəyirəm ki, heç bir vəkilimə zəhərlənmədən şübhələndiyimi deməmişəm. Bu mövzuda fərziyyələr yersizdir. Tibb ictimaiyyətinə göstərdikləri dəstəyə görə təşəkkür etmək istərdim. Onların peşəkar dəstəyini həqiqətən yüksək qiymətləndirirəm. Səhhətim həqiqətən də pisləşir və son iki ayda daha da pisləşib. Vivamed həkimləri cəhdlərini dayandırmır. Mütəxəssislərə etibar etmək vacibdir və bu məsələni həddindən artıq siyasiləşdirməyə ehtiyac yoxdur. Bir daha hər kəsə çox sağ olun deyirəm”, - deyə o əlavə edib.
Həbsdə olan eks-prezidentin səhhəti pisləşdiyi üçün mayın 12-də Rustavi həbsxanasından müalicə olunmaq üçün “Vivamed” klinikasına köçürülüb.


