15 
Nybr
2022
12:15
258

TİKA nın Tbilisi müdiri "Azərbaycan Evi"ndə qonaq olub - FOTO

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi - TİKA nın Tbilisi müdiri xanım Tuba Özütok Marneulidə yerləşən "Azərbaycan Evi"ndə qonaq olub. 

InterPress.ge xəbər verir ki, qonağı qarşılayan "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov Noyabr ayının 13-də Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktı zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara acil şəfalar diləyib. 

O, terroru və terroru dəstəkləyənləri lənətləyib və qeyd edib ki, biz Azərbaycanlılar harada yaşamağmızdan aslı olmayaraq, hər zaman Türkiyəmizin kədərini kədərmiz, sevincini sevincimiz bilirik. 

M. İmanov qeyd edib ki, son zamanlar Gürcüstan Azərbaycanlı gənclərinin inkişafı üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondu bir çox layihələri dəstəkləyib. 

Sonra Azərbaycan Evində görülən işlər və gələcəkdə görüləcək olan işlərlə bağlı TİKA - nın Tbilisi müdirinə ətraflı məlumat verib. 

Xanım Tuba Özütok göstərilən qonaqpərvərliyə və doğmalığa görə Azərbaycan Evinin diroktoruna təşəkkür edib, gələcəkdə TİKA-nın Tbilisi nümayəndəliyi ilə Azərbaycan Evi arasında müəyyən layihələrin birgə həyata keçirilməsi haqqında söhbət açıb və birgə fikir mübadiləsi aparaılıb. 

Görüşdə Gürcüstan Azərbaycanllılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev də iştirak edib. O, rəhbərlik etdiyi mərkəzin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verib. 

Sonda qonağa Azərbaycan Evinin direktoru Məhəbbət İmanov Azərbaycan Respublikası Prezident Administrasiyası və IRS Publishing House tərəfindən Azərbaycanın ikinci Qarabağ müharibəsindəki şanlı qələbəsinə həsr olunmuş "Zəfər Salnaməsi" adlı kitabı və Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən nəşr edilmiş, xaricdə ölkələrdə Azərbaycan mədəniyyətinin incəsənətinin təbliğinə və tanıtımına töhvə verən "Azərbaycan Musiqisinin İnciləri" adlı kitabları hədiyyə edib.

 

Bizimlə əlaqə saxlayın