14 
Nybr
2022
12:01
210

Emmanuel Makron İstanbulda baş verən partlayışa münasibət bildirdi

"Millətimiz üçün çox önəmli olan bu gündə, 2015-ci il noyabrın 13-də həlak olanları yad etdiyimiz zaman türk xalqı hücuma məruz qaldı"

InterPress.ge xəbər verir ki, Emmanuel Makron İstanbulda baş verən partlayışa münasibət bildirib və türk xalqının ağrısını paylaşdığını qeyd edib.

“Millətimiz üçün çox önəmli olan bu gündə, 2015-ci il noyabrın 13-də həlak olanları xatırlayarkən, türk xalqına ürəyindən, İstanbuldan  hücum etdilər. Türk xalqına mesajımız: Acınızı paylaşırıq. İtkinizə görə kədərləndiyimi bildirirəm. Terrorla mübarizədə sizinləyik”, - Emmanuel Makron Twitter-də yazıb.

2015-ci il noyabrın 13-də radikal terrorçular Fransanın paytaxtı Parisdə silsilə terror aktları həyata keçiriblər. Həmin vaxt 130 nəfər həlak olub, 416 nəfər yaralanıb.

Bizimlə əlaqə saxlayın