14 
Nybr
2022
10:47
173

Dünya liderləri İstanbulda baş verən partlayışa münasibət bildirdi

"İstanbuldakı partlayışla bağlı kədərləndiyimizi bildirir, həlak olanların ailələrinə və türk xalqına dərin hüznlə başsağlığı veririk".

InterPress.ge xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken bu barədə Twitter-də yazıb.

Onun sözlərinə görə, ABŞ türk müttəfiqlərinin yanındadır.

Almaniyanın xarici işlər naziri Analena Berbok da İstanbulda baş verənlərə münasibət bildirib.

"Mənim düşüncələrim sadəcə İstiqlal ticarət küçəsində gəzmək istəyən və ciddi partlayışın qurbanı olan insanlarladır", - Berbok bildirib.

Fransa prezidenti Emmanuel Makron da hadisədən kədərləndiyini bildirib.

“Ağrınızı paylaşırıq. Başsağlığı verirəm. Terrorla mübarizədə sizinləyik”, – Makron Twitter-də yazıb.

İstanbulun mərkəzində baş verən partlayışda 8 nəfər ölüb, yaralananların sayı 80-i ötüb. Türkiyənin daxili işlər naziri Süleyman Soylu partlayışı törədən şəxsin saxlanıldığını bildirib. Onun qiymətləndirməsinə görə, terror aktının sifarişi Suriyanın şimalından, “Kürdüstan İşçi Partiyası”nın Suriya qərargahının yerləşdiyi Ayn əl-Ərəbdən gəlib.
 

Bizimlə əlaqə saxlayın