09 
Nybr
2022
14:21
161

NATO-nun növbəti sammitinin nə vaxt keçiriləcəyi açıqlandı

NATO-nun növbəti sammiti 2023-cü il iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib.

“Soyuq Müharibədən sonra ən mürəkkəb və gözlənilməz təhlükəsizlik mühiti qarşısındayıq. Vilnüsdəki görüş müttəfiq ölkələrin dövlət və hökumət başçılarına bizim müdafiəmizi gücləndirməyə dair növbəti addımlar barədə razılığa gəlmək üçün fürsət verəcək”, - Stoltenberq bildirib.

Bununla belə, NATO-nun baş katibinin sözlərinə görə, Vilnüs sammitində alyansa üzv dövlətlər üçün müdafiə xərclərinin əhəmiyyətli artımını nəzərdən keçirmək, eləcə də alyansın Ukraynaya dəstəyini davam etdirmək imkanı olacaq.

Stoltenberq əlavə edib ki, “strateji rəqabətin artdığı bir dövrdə NATO-da Avropa və Şimali Amerika arasında transatlantik əlaqə milyard vətəndaşlarımızın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər