09 
Nybr
2022
11:14
658

Marneulinin 24 saat su ilə təmin edilməsi üçün işlər aparılır

Birləşmiş Su Təchizatı Şirkətinin direktoru Aleksandre Tevdoradze müavinləri ilə birlikdə Marneuli bələdiyyəsində olub.

InterPress.ge xəbər verir ki, şirkətin nümayəndələri Qiorqi Doxturişvili, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov və Marneuli-Qardabaninin majoritar deputatı Zaur Darğallı ilə birlikdə Kvemo Kartlidə tikinti işlərinə baş çəkiblər.

"Marneulinin 24 saat su təchizatının təmin edilməsi üçün su təchizatı şəbəkəsi tamamilə yenilənəcək, müasir nasos stansiyası və yeni su anbarları tikiləcək.

Eyni zamanda, su təchizatı şəbəkəsinin tikintisi işləri davam etdirilir.

İşlər 4 müstəqil lot üzrə aparılır və 15 ay ərzində mərhələli şəkildə tamamlanacaq.

Nəticədə Marneuli bələdiyyəsinin 22 min benefisiarı 24 saat su ilə təmin olunacaq.

Layihə beynəlxalq tenderdə qalib gələn şirkətlər tərəfindən həyata keçirilir.

Layihəyə Asiya İnkişaf Bankının dəstəyi ilə 135 mln. laridən çox xərclənəcək”, - məlumatda qeyd olunub.
 

Bizimlə əlaqə saxlayın