02 
Iyl
2020
09:16
544

Qiqa Bokeria: "İkiüzlü səs verirlər, qadının yerinin mətbəx olduğunu təkrarlayırdılar, indi isə onları kukla kimi istəyirlər"

"İkiüzlü səs verirlər, qadının yerinin mətbəx olduğunu təkrarlayırdılar, indi isə onları kukla kimi istəyirlər. Bu isə qadınlar üçün təhqirdir".

InterPress.ge xəbər veri ki, bu haqda Avropalı Gürcüstan partiyasının liderlərindən biri Qiqa Bokeria gender kvotası ilə bağlı jurnalistlərə müsahibəsi zamanı qeyd edib.

Onun dediyinə görə, qadın hüquqları məsələsi ağır problemdir. Səbəblərlə mübarizə əvəzinə kvotlaşdırma istənilən nəticələri süni təyin etməkdir.

"Zorakılıq, diskriminasiya kimi səbəblərlə mübarizə aparmaq əvəzinə istədikləri nəticələri süni təyin edirlər. Sanki qadınlar uğura çata bilməzlər. Kvotalar qəbuledilməzdir. Qadın haqları istiqaməti ilə ağır problemlər mövcuddur. Lakin bu yolla addımlar atmaq isə demokratiyanı ləğv etmək deməkdir. Qadınları ikinci keyfiyyət kimi görənlər zalda oturaraq ikiüzlü səs verirlər. Qadının yerinin mətbəx olduğunu təkrarlayırdılar, indi isə onları kukla kimi istəyirlər. Bu isə qadınlar üçün təhqirdir", - dedi Qiqa Bokeria.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər