02 
Iyl
2020
09:03
731

Şalva Natelaşvili: "Layihəyi yazan idiotlardan soruşuram, bu deputat seçkiləridir, yoxsa cinsi orqan seçkiləri?"

“İvanişvilinin qadınların kvotalaşdırılması ilə bağlı təqdim etdiyi qanun, 12-ci əsrdə belə dövlət başçısının qadın olduğu bir ölkə üçün, təsəvvür edilməz bir təhqir, diskreditasiya və seqreqasiyadır”.

InterPress.ge xəbər verir ki, bu barədə “Leyborist partiyasının” lideri Şalva Natelaşvili deyib.

“Bəlkə partiyanın o qədər qadın siyasətçisi var ki, ilk onluğa yox, 30-luğa belə qadınlar yazılır və yaxud bəlkə partiyanın hansısa mərhələdə qadın siyasətçisi heç yoxdur və bu qanuna görə, yalandan qadın mı uydurulub, yazılmalıdır?

Bu layihəyi yazan idiotlardan soruşuram – bu deputat seçkiləridir, yoxsa cinsi orqan seçkiləri? Deməli, Eliso Kiladze, Ququli Mağradze, Endzela Maçavariani və diqər qadın siyasətçilərinin başına tuz qonub. Yazıq gününüzə” – yazır Şalva Natelaşvili sosiyal şəbəkədə.

Bizimlə əlaqə saxlayın