07 
Nybr
2022
11:55
155

"İmperiyalar bu və ya digər tərəfdən zəiflədikdə, özlərini güclü hiss etmək və silah satmaq üçün müharibə yaradırlar!"

"Bir əsrdə üç dünya müharibəsi! Biri 1914-1918, biri 1939-1945 və bu müharibə! Bu, dünya müharibəsidir . İmperiyalar bu və ya digər tərəfdən zəiflədikdə, özlərini güclü hiss etmək və silah satmaq üçün müharibə yaradırlar!"

InterPress.ge xəbər verir ki, bunu Roma Papası Fransisk Ukraynadakı müharibədən danışarkən deyib.

Onun sözlərinə görə, bu gün dünyanın ən böyük bəlası silah sənayesidir. Papa həm Ukrayna, həm də rus xalqına böyük sevgi bəslədiyini vurğulayıb.

“Mənim rus  və Ukrayna xalqına  böyük sevgim var. Ukrayna liturgiyasına böyük sevgim var. Mən sevdiyim iki  xalqın arasındayam. İnkar etmək olmaz ki, müharibə əvvəlcə bizi cəsarətləndirsə də, sonra bizi yorur, incidir. Biz müharibənin pisliyini görürük”, - deyə Papa bildirib.

“Rusiya prezidenti Vladimir Putinlə bu yaxınlarda danışıbmı, və ya onunla danışmaq niyyətindədirmi?” sualına Papa cavab verib ki, müharibənin ikinci günündə Putinlə əlaqə saxlamağa çalışıb.

“Müharibə başlayandan ikinci gün səfirlə söhbət etmək üçün Rusiya səfirliyinə getdim. Mən ona dedim ki, lazım gələrsə, Putinlə danışmaq üçün Moskvaya getməyə hazıram. Lavrov mənə çox nəzakətlə cavab verdi ki, hazırda buna ehtiyac yoxdur”, - deyə Papa bildirib.

Onun sözlərinə görə, Müqəddəs Roma papası taxtı məhbuslarla bağlı tərəflərlə işləyir və həmişə belə edir. Bundan əlavə, Papa jurnalistləri müharibələrə qarşı mübarizəyə çağırıb.

“Siz jurnalistlər, pasifist olun, müharibələrə qarşı danışın, müharibəyə qarşı vuruşun. Bir qardaş kimi bunu xahiş edirəm”, - deyə Papa bildirib.

Bizimlə əlaqə saxlayın