Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

VMH fraksiyasının sədri Mixeil Saakaşvilinin səhhətindən danışıb

450
VMH fraksiyasının sədri Mixeil Saakaşvilinin səhhətindən danışıb
Dinləmək üçün basın

“Milli Hərəkat” fraksiyasının sədri Xatiya Dekanoidze “Vivamed” klinikasında eks-prezidenti Mixail Saakaşviliyə baş çəkib.

“Milli Hərəkat” fraksiyasının sədri Xatiya Dekanoidze “Vivamed” klinikasında eks-prezidenti Mixail Saakaşviliyə baş çəkib.

InterPress.gr xəbər verir ki, onun jurnalistlərə verdiyi məlumata görə, Saakaşvilinin səhhətinin vəziyyəti diqqət çəkir, onun temperaturu var və xeyli arıqlayıb.

"Mən Mixail Saakaşvilini təxminən 3 həftədir görmürəm, o vaxt da çox, nəzərəçarpacaq dərəcədə arıq idi. İndi o, daha çox arıqlayıb, dramatikləşdirmədən deyə bilərəm ki, çox arıqdır. Bilirsiniz, o, virusa yoluxmuşdu, indi sağalıb. Hərarəti bu səhər 38,5 olub. Fikrimcə, bu, çox diqqətəlayiq bir hekayədir" - deyə Dekanoidze bildirib.

Dekanoidzenin fikrincə, Mixail Saakaşvilinin transferi lazımdır.

Onun sözlərinə görə, hökumət də Mixail Saakaşvilinin necə olduğunu bilir və anlamalıdır ki, Gürcüstan prezidentinin səhhəti təhlükə altında olanda hansı nəticə ola bilər.

“Onun səhhətinin vəziyyəti diqqətəlayiqdir və mən sizə daha ətraflı deyim, fakt odur ki, bu şəxs çox uzun müddətdir bu klinikadadır, o, sağalmayıb və bütün ölkənin gözlədiyi nəticə olmayıb. Humanitar həll Mixail Saakaşvilini xaricə transfer etməkdir. Ona görə də mənim mövqeyim eynidir. Onun səhhəti pisləşir. Gürcüstan prezidenti təhlükə altındadır”, - Dekanoidze bildirib.

Dekanoidzenin sözlərinə görə, Saakaşvili ilə görüşdə Ukrayna, şəxsi məsələlər və Tbilisi Apellyasiya Məhkəməsi tərəfindən həbsdə saxlanılan "Mtavari Arxi"nin baş direktoru Nika Qvaramiyanın işi ilə bağlı danışılıb.

"Zəifdir, biz Ukrayna haqqında çox danışdıq, o, Ukraynanı çox dəstəkləyir, Ukrayna qoşunları Xersonu nə vaxt ələ keçirəcəklər. Onun çox ümidi var ki, onlar tezliklə ələ keçirəcəklər, bu, bizim müzakirəmizin əsas mövzusu idi. şəxsi məsələlərdən də danışdıq.O, Nika Qvaramiyaya görə təəssüflənir.O, mənə dedi ki, mən xüsusi bir şeyə ümid etmirəm.O, indi baş verənlərdən ciddi şəkildə narahatdır", - Dekanoidze bildirib.

O qeyd edib ki, hazırda partiyadaxili prosesləri müzakirə etməyiblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →