Anri Oxanaşvili: "Bu adamlar prezident kimi tanımadıqları insana əfv üçün müraciət edirlər?"
"Mən bilmirəm bu adamlar əfv üçün kimə müraciət edirlər - bu gün əfvdən danışanlar arasında Salome Zurabişvilini prezident kimi tanımayanlar var - Prezident kimi tanımadıqları adama müraciət edirlər? Onda gəlin onlardan soruşaq ki, Gürcüstan prezidenti onlar üçün nə vaxt legitim olub və əgər əvvəllər prezidentin legitimliyini tanımırdılarsa, onların bu fikirini nə dəyişdi?"
InterPress.ge xəbər verir ki, Nika Qvaramiyanın əfv olunması ilə bağlı suala “Gürcü Arzusu”nun deputatı Anri Oxanaşvili belə cavab verib.
Oxanaşvili qeyd edib ki, hamı Gürcüstan dövləti adından verilən qərara hörmətlə yanaşmalıdır.
“Onlar məhkəmə institutuna hörmətlə yanaşmalı, məhkəmə hakimiyyətinin fəaliyyətinə birbaşa müdaxilə kimi qəbul edilə bilən qərarları qiymətləndirməkdən çəkinməlidirlər. Qiymətləndirmələrdə maksimum ehtiyatlı və ölçülü olmaq tələb olunur. Hakimin fəaliyyəti müstəqildir və biz bunu təşviq etmək üçün hər şeyi etməliyik”, - Anri Oxanaşvili bildirib.


