03 
Nybr
2022
21:55
305

ABŞ səfiri: "Biz Gürcüstanı sabit, dinc və firavan görmək istəyirik"

Qərəzsiz məhkəmə sisteminin əhəmiyyəti Gürcüstanın Avro-Atlantik gələcəyinin mərkəzi hissəsidir və hətta siyasiləşmə, siyasi təqib kimi görünən hər şey bu Avro-Atlantik gələcəyi riskə atır.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan deyib. 

"ABŞ səfirliyinin və Avropa İttifaqının bəyanatlarını, eləcə də Gürcüstanın digər avropalı dostlarının açıqlamalarını hamı görüb. ABŞ-ın son 30 ildə Gürcüstan üçün etdiyi hər şey gürcü xalqının demokratik gələcəyi üçün aydın seçimi dəstəkləmək məqsədi daşıyır. Qərəzsiz məhkəmə sisteminin əhəmiyyəti bu gələcək üçün əsasdır və hətta siyasiləşmə, siyasi təqib kimi görünən hər şey bu Avro-Atlantik gələcəyi riskə atır. Gürcüstan liderləri, o cümlədən hakim partiya parlament seçkilərində gürcü xalqına söz vermişdilər ki, Gürcüstanın Avro-Atlantik yolunda bundan sonra da mühüm addımlar atılacaq, buna mane olan və onu riskə atan hər şey narahatlıq doğurur. ABŞ-da biz məhkəmə sistemimizin müstəqilliyini qoruyuruq, çünki bilirik ki, qərəzsiz məhkəmə demokratiyamızın əsasıdır və onu gücləndirir və qoruyur. Biz gürcü xalqı üçün də eyni şeyi istəyirik. Gürcü xalqı deyir ki, onlar güclü demokratiya istəyirlər, onlar Avro-Atlantik gələcək istəyirlər və ABŞ gürcü xalqına bu istəyə nail olmaqda dəstəyini davam etdirəcək. 30 ildir ki, bunu edirik və bundan sonra da edəcəyik. Biz Gürcüstanın uğurlarına həqiqətən inanırıq və bu ölkəni sabit, dinc və firavan görmək istəyirik”, - deyə səfir bildirib.

Bizimlə əlaqə saxlayın