"ABŞ səfirliyinin bəyanatı məhkəmənin müstəqilliyinə birbaşa müdaxilə idi" - İrakli Kobaxidze
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, dünən ABŞ səfirliyinin “Mtavari Arxi”nin baş direktoru Nika Qvaramiya haqqında verdiyi bəyanat məhkəmənin müstəqilliyinə birbaşa müdaxilədir.
InterPress.ge xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.
O bildirib ki, Gürcüstanın tərəfdaşları həm öz ölkələrində, həm də başqa ölkələrdə qanunun aliliyinə və məhkəmələrin müstəqilliyinə eyni dərəcədə diqqətli olmalıdırlar.
“Belə bəyanatları bir az sərt qiymətləndirməliyəm. Biz heç bir halda məhkəmənin müstəqilliyinə müdaxilə etməyi və hər hansı formada məhkəmənin qərarlarına təsir etməyi qəbul etmirik. Dünən mən ABŞ səfirliyinin bəyanatını gördüm, bu, təbii olaraq məhkəmə müstəqilliyinə birbaşa müdaxilədir. Tərəfdaşlarımız həm öz ölkələrində, həm də başqa ölkələrdə qanunun aliliyinə, məhkəmə sisteminin müstəqilliyinə eyni dərəcədə diqqətli olmalıdırlar, mənim verə biləcəyim yeganə qiymətləndirmə budur. Biz məhkəmənin müstəqilliyinə və qanunun aliliyinə fərqli yanaşırıq”, - Kobaxidze bildirib.
Məlumat üçün bildirək ki, ABŞ səfirliyinin məlumatına görə, “Mtavari Arxi”nin baş direktoru Nika Qvaramiyanın həbsi gürcü xalqının aydın seçimini və Gürcüstan liderlərinin bəyan etdiyi daha təhlükəsiz, demokratik, Avropa gələcəyi məqsədini riskə atır.
Səfirliyin Qvaramiya işi üzrə hökmlə bağlı bəyanatında qeyd olunub ki, seçmə təhqiqat, cinayət təqibi və hətta mühakimə haqqında təsəvvürlər ictimaiyyətin hüquq-mühafizə orqanlarına, prokurorluğa, məhkəmələrə və hökumətin özünə inamını zəiflədir.


