03 
Nybr
2022
11:15
270

2022-ci ilin yanvar-sentyabr aylarında "oğru dünyası” ilə əlaqəsi olan 44 nəfər saxlanılıb

2022-ci ilin yanvar-sentyabr aylarında Gürcüstan Daxili İşlər Nazirliyi “oğru dünyası” ilə bağlı müxtəlif cinayətlərə görə 44 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə İnterpressnews məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin ikinci rübündə 28 nəfər, üçüncü rübündə isə 15 nəfər saxlanılıb.

Məlumatda qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində qurum tərəfindən Cinayət Məcəlləsinin “oğruların toplantısında iştirak etmə” maddəsi ilə heç bir şəxs saxlanılmayıb.
Həmçinin 2022-ci ilin birinci rübündə (yanvar-mart) “oğru dünyası” ilə bağlı müxtəlif cinayətlərə görə saxlanılan olmayıb.
Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, 2021-ci ildə “oğru dünyası” ilə bağlı müxtəlif cinayətlər törətdiklərinə görə ümumilikdə 79 nəfər saxlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər