03 
Nybr
2022
10:18
281

XİN başçısı diplomatları peşə günü münasibəti ilə təbrik edir

Xarici işlər naziri İlia Darçiaşvili diplomatları peşə günü münasibətilə təbrik edir.

InterPress.ge xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Darçiaşvilinin qeyd etdiyinə görə, ölkənin qoyduğu yolda, eləcə də mövcud çətinliklərin öhdəsindən gəlmək yolunda diplomatların üzərinə böyük missiya düşür.

"Hörmətli həmkarlar, Diplomat gününüz mübarək! Bu gün bizə Gürcüstan diplomatik xidmətinin zəngin peşəkar təcrübəsini və diplomatiyanın ölkəmizdə indi də daşıdığı xüsusi missiyanı bir daha xatırladır.

Böyük gürcü ictimai xadimi, diplomat Sulxan-Saba Orbelianinin doğum günündə peşə bayramını qeyd etməyimiz və bununla da ölkəmizin xarici siyasətinin əsas təməl daşını və gürcü xalqının tarixi seçimini - Avropa ailəsinin tamhüquqlu üzvlüyünü vurğulamağımız rəmzidir.

Ölkənin qoyduğu bu yolda, eləcə də mövcud çətinliklərin öhdəsindən gəlmək yolunda siz öz üzərinizə böyük missiya götürmüsünüz və əminəm ki, Xarici İşlər Nazirliyinin kollektivi qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcəkdə də uğurla gələcəkdir.

Nazirliyin vahid, bütöv bir kollektivi olan mərkəzi aparatı ilə birlikdə Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərini və vətəndən, ailədən uzaqlarda ölkənin mənafeyini qoruyan hər bir diplomatı xüsusilə salamlamaq istəyirəm. Xidmətləriniz üçün hamınıza təşəkkür edirəm və sizə gələcəkdə uğurlar arzulayıram”, - deyə XİN başçısı bildirib.
 

Bizimlə əlaqə saxlayın