Polis odlu silah-sursat götürdü - 1 nəfər saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tbilisidə 1 nəfəri - 1961-ci il təvəllüdlü D.K. -ni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərindən şəxsi yoxlama zamanı maddi sübut kimi “Brauninq” tipli odlu tapança və sursat götürüblər.
Polis təqsirləndirilən şəxsin Tbilisidə yaşadığı evdə apardığı axtarış nəticəsində maddi sübut kimi: tapança, ov tüfəngi, döyüş tüfəngi, “Vinçester” tipli odlu silah, pulemyot detalı, altı ov tüfəngi, yeddi müxtəlif növ əl qumbarası, avtomat atəşli silahın iki ağzı, səkkiz qoruyucu və iki detonator, müxtəlif növ odlu silahlar üçün 1380 patron götürüb.
Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və gəzdirilməsi faktları ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır.
Cinayətlərə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


