28 
Okt
2022
16:58
361

ABŞ və Gürcüstan arasında birbaşa uçuşlar ola bilər - ABŞ səfirindən açıqlama

"Düşünürəm ki, ABŞ-dan Gürcüstana və əksinə səyahət edən hər kəs birbaşa uçuşların necə heyrətamiz olacağını bilir. Bununla bağlı müzakirələr və danışıqlar kovid dövründə dayandırıldı və düşünürəm ki, Covid-19-dan sonra yenidən başlayacaq".

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan bildirib.

Onun sözlərinə görə, ABŞ və Gürcüstan arasında birbaşa hava nəqliyyatı ABŞ və Gürcüstan arasında çox mühüm körpü olacaq.

"Kovid səbəbiylə səyahət sənayesi ümumilikdə təsirləndiyi üçün hazırda hansı mərhələdə olduğunu bilmirəm. Təbii ki, bu, ABŞ və Gürcüstan arasında çox mühüm körpü olacaq. Mən tez-tez demişəm ki, bəzən amerikalıları Gürcüstana gəlməyə razı salmaq çox çətindir, çünki məsafə uzaqdır. Lakin onları gürcü qonaqpərvərliyini yaşadıqdan sonra buraya qayıtmağa razı salmaq heç vaxt çətin deyil", - səfir qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan və ABŞ arasında azad ticarət sazişi də ABŞ və Gürcüstan arasında mühüm körpü olacaq.

“ABŞ-Gürcüstan azad ticarət sazişinə gəlincə, bu, ABŞ Dövlət Departamentinin deyil, ABŞ Ticarət Nümayəndəliyinin məşğul olduğu məsələdir. Ancaq bu, həm də ABŞ və Gürcüstan arasında daha bir mühüm körpü olacaq. Düşünürəm ki, əsas məsələ nə qədər tez uğur qazana biləcəyimizdir. Biz hər zaman Gürcüstan və ABŞ arasında mövcud olan sıx tərəfdaşlığa əsaslanmaq və bu əlaqələri genişləndirmək üçün imkanlar axtarırıq. Amerika biznesini Gürcüstana, gürcü biznesini isə ABŞ-a gətirməliyik. Hesab edirəm ki, bu, hər iki ölkə üçün yaxşıdır”, - səfir qeyd edib.

Bizimlə əlaqə saxlayın