27 
Okt
2022
13:59
339

Aİ səfiri: "Avropa İttifaqı Gürcüstanın məhkəmə sistemində baş verənləri yaxından izləyir"

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib ki, Avropa İttifaqı Gürcüstanın məhkəmə sistemində baş verənləri yaxından izləyir. 

InterPress.ge xəbər verir ki, səfir Levan Murusidze və Dimitri Qvritişvilinin Ali Ədliyyə Şurasının hakim üzvü seçilməsi ilə bağlı sualı belə cavablandırıb.

Herçinskinin sözlərinə görə, Avropa İttifaqının 12 tövsiyəsindən biri ədliyyə islahatıdır və Gürcüstan üçün müstəqil məhkəmənin olması vacibdir.

“Biz Avropa İttifaqı olaraq Gürcüstana ədliyyə islahatları istiqamətində kömək etməyə çalışırıq. Ədliyyə islahatı 12 tövsiyədən biridir, ona görə də biz bu istiqamətdə gedən prosesləri diqqətlə izləyirik. Gürcüstanda ədliyyə sisteminin peşəkar və müstəqil olması çox vacibdir”, - Aİ səfiri bildirib.

Oktyabrın 23-də hakimlərin konfransında Levan Murusidze və Dimitri Qvritişvili Ali Ədliyyə Şurasının hakim üzvü seçiliblər.

Bizimlə əlaqə saxlayın